Miqren müalicəsi mümkün olan nevroloji xəstəlikdir. Baş ağrılarının ən şiddətlisi olub qadınlarda daha sıx rast gəlinir. Miqren başın bir hissəsini əhatə edən ağrıdır. İnsanda yüksək narahatlıq yaradır və ürəkbulanma, qusma, səs-küyə qarşı dözümsüzlük, işığa həssaslıq kimi əlamətlərlə müşahidə olunur. Ağrılar bir neçə dəqiqədən bir neçə günə kimi davam edə bilər. Bəzən isə miqren görmə qabiliyyətinin zəifləməsinə, hətta iflicə də səbəb olur.
Miqren yaradan əsas səbəblərin başında genetik faktorlar dayanır. Ailənizdəki fərdlərdən birində miqren varsa, siz də bu xəstəliyin görülmə riski 40 faizdir.
Miqren ağrılarının digər səbəblərindən biri də hormonal dəyişikliklərdir. Xüsusilə də qadınlarda menstruasiya zamanlarında ağrılar daha da şiddətlənə bilir.
Miqrenin ən böyük əlaməti bilinən şiddətli ağrılardır. Hətta o qədər güclü ola bilər ki, şəxs yerindən qalxa bilməyəcək vəziyyətə belə gələ bilir. Miqrendəki baş ağrısı göz və ya gözün arxasında da hiss edilir. Alın, başın arxa tərəfi və qulağın arxası miqren ağrılarının ən çox hiss edilən nahiyələridir. Baş ağrıları ilə yanaşı depressiya, durğunluq, diqqət azlığı, danışan zaman yaranan çətinlik, əsnəmə, yatmaq istəyi, qəbizlik, ishal, qxu həssaslığı da miqrenin əlamətləri sırasındadır.
Uyğun müalicə ilə xəstələr miqren krizlərindən xilas ola bilərlər. Həmçinin, xəstəliyi şiddətləndirə biləcək faktorlardan da uzaq duraraq ağrıları azaltmaq olar. Məsələn, idman etmək, stressdənuzaq olmaq,düzgün qidalanmaq, yuxuya diqqət etmək və s.Miqrenə uyğun həyat tərziniz olmalıdır, bu olmasa dərmanlar çox da effektiv olmaya bilər.