Dəstəyə ehtiyacınız var? İndi zəng edin : (+994) 55 500 71 29, (+994) 55 205 71 39

Epilepsiya zamanı ilkin yardım

Epilepsiya zamanı ilkin yardım

İlk öncə unutmayın ki, sakit qala bilmək və özünü itirməmək xəstəyə göstəriləcək ən önəmli yardımdır.
  • Daha böyük tutmalar zamanı xəstənin ağzından gələn köpük və tüpürcəyin xəstənin boğazına gedib nəfəs yolunu tutmaması üçün rahat nəfəs ala biləcəyi bir şəkildə, əsasən yan şəkildə uzatmaq lazımdır.
  • Tutma zamanı özünü yaralamaması və başının harasa dəyməsinin qarşısını almaq üçün mümkün qədər yumşaq yerə yatırılsa və kəsici, iti alətlərdən uzaqlaşdırılsa yaxşı olar.
  • Çənədə kilidlənmə olduğu zamanlarda qaşıq, taxta kimi hər hansi bir cisim və ya əllə xəstənin ağzının açıq saxlamağa və ya açmağa cəhd edilməsi kökündən yalnış bir davranışdır. Belə müdaxilələr zamanı həm özünüz yaralana bilərsiniz ,həm də xəstənin dişinin qırılmasına, çənə sümüyünün və ağız boşluğunun zədə almasına səbəb ola bilərsiniz. Eyni zamanda xəstə nəfəs almaqda da çətinlik çəkə bilər.
  • Tutmanın tez qurtarması üçün xəstənin üzərinə su atmaq, nəsə qoxlatmaq, şillə vurmaq da düzgün davranışlardan deyil! Bu tutmalar beyin mənşəli olduğu üçün sizin hər hansı, belə müdaxilənizlə deyil, beyindəki anormal fəaliyyətlər bitincə, tutmalar da sönəcəkdir.

Əksərən tutmalar 1-3 dəqiqə içində keçib gedir. Ancaq 5 dəqiqədən çox davam edərsə xəstə mümkün qədər tez bir zamanda xəstəxanaya çatdırılmalıdır.

Qıcolma və titrətmə bitdikdən sonra xəstənin qolunu yuxarıya doğru dirsəyindən bükün. digər əlini isə yavaşca yanağının altına qoyun. Digər əlinizlə xəstənin dizini özünüzə doğru çəkərək xəstəni yan çevirin. Sonra xəstənin dizi yerə dəyiləcək şəkildə bədənini önə çəkin. Nəfəsi pozulmasın deyə başını dik tutun.

Tez-tez eşitdiyimiz "bütün xəstəliklər əsəbdəndir" kimi fikirlərdə müəyyən doğruluq payı var.