Dəstəyə ehtiyacınız var? İndi zəng edin : (+994) 55 500 71 29, (+994) 55 205 71 39

Dağınıq skleroz və qidalanma arasında əlaqə (günlük qayğı)

Dağınıq skleroz və qidalanma arasında əlaqə (günlük qayğı)

Dağınıq sklerozun müalicəsində qidalanma xüsusi əhəmiyyət kəsb edir. Məlum olmuşdur ki, Dağınıq sklerozla qidalanma arasında bir əlaqə vardır. Xəstəlik daha çox ət istehlak etdikdə meydana çıxır, tərəvəz və balıq yeməklərinin qida rasionuna daxil edilməsi isə profilaktik təsir göstərir.

Bu əlaqə onunla izah olunur ki, ətin, qaymağın, yumurta sarısı və ya kərə yağının tərkibində xüsusi maddə - araxidon turşusu vardır. Hansı ki, Araxidon turşusu orqanizmdə iltihabi reaksiyaları işə salır, dağınıq sklerozun inkişafı isə, bildiyimiz kimi, sinirlərin miyelin qişalarında iltihabdan başlayır. Bitki mənşəli qidaların tərkibində bu maddə yoxdur. Balıq yağı və bitki yağları iltihabi prosesin inkişafına mane olurlar.

DS xəstələri üçün düzgün qidalanmanın məqsədi orqanizmdə araxidon turşusunun səviyyəsini azaltmaqdır. Yemək kifayət qədər olmalı, ancaq çox yüksək kalorili deyil, yalnız normal çəki verməyə imkan yaratmalıdır. Sənaye istehsalı olan ağır yağların və heyvani mənşəli yağların istehlakını kəskin şəkildə azaltmaq lazımdır. Şokoladda, süd yeməklərində və şirniyyatda olan "gizli" yağlara da xüsusi diqqət yetirmək lazımdır.

DS xəstələri üçün tərtib edilən pəhriz rejimlərindən ən effektiv olanlar Svank və Embri diyetaları hesab olunur ki, bloqumuzda onlar barəsində ümumi məlumatlar mövcüddur.

Qadağan edilir:

  • Tərkibində autoimmun reaksiyalara səbəb ola biləcək zülalları olan ərzaqlar.
    1. 1. Bütün süd məhsulları (süd, yağ, pendir, yoqurt və s.);
    2. 2. Tərkibində qlüten olan taxıl məhsulları (buğda, çovdar, arpa və s.);
    3. 3. Paxlalılar (lobya, soya, yerfındığı, noxud);
  • Klinik olaraq təzahür edən və ya yalnız qan testləri ilə aşkar olunan allergik reaksiyalara səbəb ola biləcək məhsullar. Bu məhsullar bağırsaq keçiriciliyini və immun reaktivliyini artıra bilər.
  • Şirniyyat, qazlı içkilər (Coca-Cola, Pepsi və s.) və tərkibində yüksək miqdarda şəkər olan hər hansı digər qida məhsulları. Bu məhsullar bağırsaq mikroflorasına təsir edə bilər ki, bu da duru nəcisin yaranmasına və immun reaktivliyinin artmasına səbəb ola bilər.

Məhdudlaşdırılır:

  • Doymuş yağları olan yeməklər. Həftədə yalnız 1 dəfə qida rasionuna qırmızı ət daxil etmək olar
  • Marqarində, salat yağında və bişmiş məhsullarda olan 6-omeqa-doymamış yağların qəbulu. Yağ ehtiyacını təmin etmək üçün zeytun yağı istifadə edin.
  • Qarğıdalı və yulaf kimi qlüteinsiz dənli bitkilər. Əsasən düyüdən istifadə edin, lakin onun istifadəsində də həddi aşmaq olmaz.
  • Spirtli içkilərin qəbulu: Hər şeydən yaxşı, mülayim miqdarda şərab içmək və pivənin tam istisna edilməsi məsləhət görülür.