Dəstəyə ehtiyacınız var? İndi zəng edin : (+994) 55 500 71 29, (+994) 55 205 71 39

Bəlkə də depressiyadayıq...

Bəlkə də depressiyadayıq...

Depressiya insanda olan ruhi anomaliyadır ki, ətraf mühitin və ya fizioloji dəyişikliklərin nəticəsində büruzə verilir. İnsan özünü fiziki və mənəvi cəhətdən lazımsız hiss edirsə, ruh düşkünlüyü yaşayırsa, bu depressiya halıdır.

Depressiya bəzən səbəb olmadan birdən meydana çıxır. Bəzən isə stresli bir həyat hadisəsindən sonra başlayır. Bir dafə başlayıb çox uzun müddətdə çəkə bilər (hətda bir ömür boyu) ya da qısa müddətli və tez-tez təkrarlanan ola bilər.

Depressiyada olduğunuzu bilmək üçün əlamətlərin hamısının eyni anda sizdə olması lazım deyil. Bu şikayətlərin bir neçəsi sizdə varsa həkimə müraciət etməyiniz məsləhətdir. Ən çox müşahidə olunan əlamətlərdən biri yuxu və iştah pozğunluğudur. Yuxu pozğunluğu bir xəstəlik deyil başqa xəstəliklərərin olduğunu göstərən bir əlamətdir.

Digər əlamətlər :

  • yuxu pozğunluğu
  • gələcəyə ümidsizlik
  • iştahsızlıq və yaxud əksinə çox yemək
  • işdən əli üzülmək və heç bir iş görə bilməmək
  • qərar vermə çətinliyi, yaddaş və diqqət pozğunluğu
  • enerji azlığı, yorğunluq hissi və tez əsəbiləşmə
  • daha əvvəl zövq alınan iş və fəaliyyətlədən zövq ala bilməmək
  • digər insanlardan uzaqlaşma və tək qalma istəyinin olması və özünə qapanmaq
  • işdə, məktəbdə, ailə və dostları ilə əsasız yerə problemlərinin olduğunu düşünmək
  • özünü kədərli, dəyərsiz, ümidsiz, çarəsiz hiss etmək və daxilində boşluq duyğusunun olması
  • özünə zərər vermə, intihar planları qurmaq, intihar cəhdləri və ya öz cənazə mərasimini düşünmək
  • səbəbi müəyyən olmayan baş, boyun, kürək ağrısı kimi bədənin fərqli yerlərində davamlı ağrılar hiss etmək
  • son zamanlarda çox spirtli içkilərdən, siqaretdən və s. daha çox istifadə edilməsi və ya sakitləşdirici dərmanları istifadə etmə ehtiyacı hiss etmək