Dəstəyə ehtiyacınız var? İndi zəng edin : (+994) 55 500 71 29, (+994) 55 205 71 39

Dağınıq skleroz xəstəliyi ilə əlaqədar Dövlət Proqramı

Dağınıq skleroz xəstəliyi ilə əlaqədar Dövlət Proqramı

Əksər ölkələrdə olduğu kimi Azərbaycanda da Dağınıq skleroz xəstəliyi səhiyyənin aktual problemlərindən biridir.

“Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı“ özlüyündə “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında“ Azərbaycan Respublikasının 2012-ci il 7 mart tarixli 303-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 9 aprel tarixli 606 nömrəli Fərmanının icrası ilə əlaqədar tərtib edilib həyata keçirilmiş və 2013 -2017-ci illəri əhatə edən "Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı"nın davamı olaraq hazırlanmışdır. Proqramın əsas məqsədi dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsidir.

Ölkəmizdə “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı”nın qəbul olunması bu xəstəliyə tutulanların dövlət tibb müəssisələrində müayinə və müalicəsinin həcminin və həyat keyfiyyətinin artırılmasına, onların inyeksiya vasitələri və dərman preparatları, o cümlədən yüksək effektli preparatlarla təminatının yaxşılaşdırılması üçün bütün lazımi şərait yaradıb.