Dəstəyə ehtiyacınız var? İndi zəng edin : (+994) 55 500 71 29, (+994) 55 205 71 39

Siniriniz sakit, həyatınız daha sağlam və pozitiv olsun !

Əsəblərinizi düzələ biləcək hallar üçün pozmayın !

Günümüzdə sinir sistemi xəstəlikləri olduqca geniş yayılmışdır. Buna səbəb bir çox daxili və ərtaf mühitin xarici faktorlarıdır. Sinir sistemi xəstəlikləri yalnız özünün deyil, həmçinin digər orqanların xəstəlikləri və əlamətləri kimi də özünü büruzə verə bilir. Sinir sistemi xəstəlikləri zamanı ən təhlükəli məqam ondan ibarətdir ki, sinir sistemi hüceyrələri yeganə hüceyrələrdir ki, məhv olduqdan sonra öz-özünü bərpa (regenerasiya) etmək qabiliyyətinə malik olmur.

Sinir sistemi mərkəzi (baş və onurğa beyin) və periferik (baş və onurğa beynindən çıxan və ətraf sinirlər) olmaqla iki böyük şöbəyə ayrılır. Sinir sisteminin özündən qaynaqlanan xəstəliklər sadə psixoloji problemlərdir ki, bunlara da yuxu, depressiya, həyəcan, eyni zamanda orqanik sistemi xəstəliyi sayılan epilepsiya, baş ağrıları, demensiya (ağlın zəifləməsi, qazanılmış bilik və vərdişlərinin itirilməsi, yenilərinin mümkünsüzlüyü) alzeimer, parkinson aiddir. Digər orqan və xəstəliklərdən mövcud olan sinir xəstəliklərinə isə xüsusən nisbətən yaşlı insanlarda ürək-damar, endokrin problemləri, triod- qalxanabənzər vəzi problemləri, şəkərli diabetlə əlaqəli ikinci dərəcəli sinir xəstəlikləri aiddir.