Dəstəyə ehtiyacınız var? İndi zəng edin : (+994) 55 500 71 29, (+994) 55 205 71 39

Epilepsiyanın Fərqindəyik

26 mart - Bənövşəyi Gün - "Epilepsiya Xəstələri Günüdür"

Bu gün dünyada 100 milyon insanın epilepsiya xəstəsi olduğu və hər il 2,4 milyon insanın da Epilepsiya xəstələri arasına qatılır. Təəssüf hissii lə bildirmək istəyirik ki, ölkəmizdə də Epilepsiyalı şəxslərin sayı durmadan artır. Cəmiyyətin bu şəxsləri birmənalı qarşılamaması və nəticədə onların özləriin cəmiyyətdən təcrid etçələri bu xəstəliyi daha da ağırlaşmış hala gətirir və müalicəsini çətinləşdirir.

Hər il 26 Mart Dünyada ``Bənövşəyi Gün`` yəni Epilepsiya Tanıtma ( fərqindəlik ) Günü - Epilepsiyadan əziyyət çəkənlərin günü olaraq qeyd edilir.

"Purple Day" fikri 2008-də Kanadada epilepsiya xəstəsi olan 10 yaşındakı Cassidy Megan adlı qızın təşəbbüsüilə ortaya çıxdı. Bu gününqeydolunmasındakı əsas məqsəd Epilepsiyalı insanların da digər insanlardan fərqinin olmadığı və epilepsiyalı şəxslərin yalnız olmadıqlarını bilməsi idi.

Bənövşəyi rəng bəzi mədəniyyətlərdə yalnızlığı ifadə etdiyi üçün məhz o rəng seçilmişdi. Bu epilepsiyalı insanların cəmiyyətdən seçilməsi, təcrid olunması hissinə qarşılıq olaraq seçilmişdi.

Bu xəstəlikdən Yuli Sezar, Aligyeri Dante, Napoleon Bonapart, Makedoniyalı İsgəndər, Alfred Nobel və digər məşhurlar əziyyət çəkiblər.

Bu gün Epilepsiyanın fərqində olmaq və tanıtmaq məqsəqli yaradılan Bu gün``Bənövşəyi gün`` bütün dünyada insanların epilepsiyann fərqində olmaları və epilepsiyalışəslərin də bizdən olduqlarının qavranılmasında əvəzsiz rolu var. Hər il insanlar 26Martda bənövşəyi rənggeynərək epilepsiyalı şəxslərə dəstək olurlar. Ümid edirik ki, bu tək bir tarixdə yox hər zaman belə olar.